00:00:00
Yazar
Admin User
09.06.2025 14:14 123 1 dəq oxuma
Dünya

İsrail Qəzzaya gedən yardım gəmisinə müdaxilə edib

İsrail Qəzzaya gedən yardım gəmisinə müdaxilə edib

İsrail əsgərləri Qəzza zolağına humanitar yardım çatdırmaq istəyən yelkənli qayığın qarşısını kəsib və İsveç iqlim fəalı Qreta Tunberq də daxil olmaqla, Fələstin tərəfdarı olan 12 fəalı saxlayıb.

 

İsrail mediasının məlumatına görə, “Madlin” hazırda Qəzzanın təxminən 27 km şimalında yerləşən Aşdod liman şəhərinə doğru gedir. Gəmi İsrailin dəniz blokadasına məhəl qoymayaraq Qəzzaya “simvolik” məbləğdə yardım çatdırmağa çalışıb.

 

İsrail Xarici İşlər Nazirliyi gəminin "İsrail sahillərinə təhlükəsiz şəkildə üzdüyünü" və onun sərnişinlərinin "vətənlərinə qayıtmasının gözlənildiyini" bildirib. Yerli media daha əvvəl gəminin limana gəldiyi barədə məlumat verib. Azadlıq Donanması Koalisiyası (FFC) əvvəllər Telegram proqramında “Rabitə itirildi” mesajını paylaşıb. Mesajda Madleen adlı qayıqda əlləri yuxarı qaldırılmış xilasedici jiletlərdə olan insanlar göstərilib.

 

BBC news
Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər