İsrail Qəzzaya genişmiqyaslı hücumu sentyabrdan tez həyata keçirməyəcək
İsrailin Baş naziri Benyamin Netanyahu “Gideonun arabaları 2” - Qəzzanı ələ keçirmək üçün hazırlanan əməliyyatın müddətiniqısaltmağa çalışır.
"İnformator.az"xəbər verir ki, məlumatı"Ynet" yayıb.
B.Netanyahunun sözlərinə görə, əməliyyat miqyasına və əhəmiyyətinə görə İkinci Dünya Müharibəsinin sonundakı Berlin döyüşü ilə müqayisə oluna bilər. Bu əməliyyat“HƏMAS-ın həlledici məğlubiyyətinə” səbəb olmalıdır.
İsrail ordusunun Qəzzada quru əməliyyatlarının dəqiq müddəti hələ müəyyənləşməyib, lakin genişmiqyaslı quru hücumunun sentyabrdan əvvəl başlaması ehtimalı azdır. Onun həyata keçirilməsi İsrailin bir milyona yaxın Qəzza sakinini cənuba köçürmək cəhdlərindən birbaşa asılı olacaq.