00:00:00
Yazar
Admin User
10.10.2025 19:28 81 1 dəq oxuma
Dünya

İsrail şəbəkəsi ifşa olunub

İsrail şəbəkəsi ifşa olunub

Livan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, İsrail üçün fəaliyyət göstərən casusluq şəbəkəsi ölkədə ifşa edilərək zərərsizləşdirilib.


Nazirliyin açıqlamasında qeyd olunub ki, saxlanılan şübhəlilərdən biri Livandakı “İslami Cəmiyyət” təşkilatının üzvlərinə qarşı sui-qəsd planlarını idarə etdiyini etiraf edib. Rəsmi mənbələr bildiriblər ki, casus şəbəkəsinə qarşı əməliyyatlar “daxili təhlükəsizlik və texniki izləmə tədbirləri” vasitəsilə ölkənin müxtəlif bölgələrində həyata keçirilib. Əməliyyat zamanı bir neçə nəqliyyat vasitəsi və texniki avadanlıqlar müsadirə olunub.
Məlumata əsasən, saxlanılanlar arasında Braziliya vətəndaşlığı olan bir livanlı, bir fələstinli və iki livanlı şəxs də var.
Nazirlik əlavə edib ki, istintaq başa çatdıqdan sonra əməliyyatla bağlı daha geniş məlumat ictimaiyyətə təqdim olunacaq.

 

Bayramlı Zəri
Yeni safak

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər