00:00:00
Yazar
Admin User
26.12.2024 18:15 194 1 dəq oxuma
Dünya

İsrail, Sənadakı hava limanını vurdu

İsrail, Sənadakı hava limanını vurdu

Husilərə məxsus Əl-Məsirə televiziyasının Telegram hesabında edilən paylaşımda, İsrailin Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanına hücumları ilə bağlı məlumat verilib. Paylaşımda, “Düşmən İsrailin Beynəlxalq Səna Hava Limanına etdiyi hücumlar nəticəsində 3 nəfər həlak olub, 16 nəfər yaralanıb” ifadəsi işlədilib.


Yəmən mətbuatı, İsrailin Beynəlxalq Səna Hava Limanındakı qülləni və uçuş-enmə zolaqlarını bombaladığını qeyd edib. Həmin hücumlar nəticəsində Səna hava limanının fəaliyyətinin dayandığı bildirilib.

Əl-Məsirə televiziyası, İsrailin paytaxt Səna və Qırmızı dəniz sahilindəki Hudeydə şəhərinə hava hücumları təşkil etdiyini açıqlayıb.

İsrail ordusunun açıqlamasında isə bildirilib ki, Baş nazir Benyamin Netanyahu, Müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Herzi Halevi Yəməndə İran dəstəklədiyi Husilərə qarşı hücum planına icazə verib.

 

Planın təsdiqlənməsindən sonra İsrailə məxsus hərbi təyyarələrin Yəməndə “Husilərə məxsus hərbi hədəflərə” hava hücumları təşkil etdiyi bildirilib.

 

Mənbə: NTV

Ləman Ağayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər