İsrail Təbatəbaini öldürüb
İsrail Beyrutda Hizbullahın Baş Qərargah rəisi Heysəm Əli Təbatəbainin olduğu məkana zərbələr endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Təbatəbai öldürülüb.
İsrailin zərbələrlə bağlı ABŞ-ni məlumatlandırdığı bildirilib.
Qeyd edək ki, Heysəm Əli Təbatəbai bu vəzifəyə 2024-cü ilin sentyabrında Əli Kərkinin öldürülməsindən sonra təyin olunub.
ABŞ onun başına 5 milyon dollar mükafat təyin edib.