İsrail Tehrana hava zərbəsi endirir
İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində rejiminin hədəflərinə qarşı genişmiqyaslı hava zərbələri endirir. Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri bir sıra zərbələr endirib, məqsəd “hava üstünlüyünü təmin etmək və Tehrana yol açmaq”dır
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az” a açıqlamasında bildirib ki, hazırda müharibə başlayıb:
“Amerika İsrail aviasiyadan gəmilərdən istifadə edir. İranı bombalayırlar, İranda onlara qarşılıq verir, İsrail ərazisini vurur, Amerikanın bazalarını vurur. İndi anlaşılan odur ki, İranın paytaxtına Tehrana nəzarət uğrunda savaş gedir, yəni Tehranın hava məkanını nəzarətə götürsə İsrail, Amerika daha rahat hücumlarını davam etdirəcək və əsasən də nəzərə alsaq ki, bir çox siyasi qurumlar, hərbi birliklər Tehranda yerləşir, qərargahlar Tehrandadır, yəqin ki, bununla da mərkəzləri vurub sıradan çıxartmaqla İran tərəfin koordinasiyalı fəaliyyətini zəiflətməyə və üstünlük əldə etməyə çalışırlar. Əlbəttə, bu, bütövlükdə regionda güc nisbətinə təsir edən bir məsələdir. İran indiyə qədər Çin və Rusiya ilə bir blokda idi. İndi isə bu savaşın qalib tərəfi əgər Amerika olacaqsa, o halda İranın mövqeyini dəyişəcək. Yəni İranda artıq Amerika yönümlü bir hakimiyyətin formalaşacağı gerçəklik ola bilər. Deməli, böyük mənada ölkənin, yəni İranın siyasi kursu dəyişə bilər. Bu hərbi əməliyyatların enerji bazarına təsirinə gəldikdə, böyük ehtimalla artıq bu təsiri özünü göstərməyə başlayıb və getdikcə də ola bilsin ciddi təsirləri olacaq. Konkret olaraq neftin qiymətinin bahalaşması gözlənilir. Əgər Hörmüz boğazı bağlanacaqsa, ola bilsin, bu qiymətlər daha da çox yüksələcək. Hər halda bütün hallarda İranla savaş enerji bazarına ciddi təsir edir və edəcəkdir. İndi bu Tehranın səmasına hakim olmağa çalışan İsrail və Amerika tərəfinin də, əlbəttə, əsas məqsədləri odur ki, İran onlara ciddi bir cavab verə bilməsin. Yəni onlar İranın əsas mərkəzlərinə vurmaqla zəiflətməyə çalışırlar. Yəni qərar verən hərbçilər və siyasətçilər olmayacaqsa, o halda ola bilsin ki, İran tərəfi qarşı tərəfə zərbə endirmək imkanları da məhdudlaşa bilər. Hər halda hələ savaşın başlanğıcıdır. İndidən birmənalı proqnozlar etmək çətindir və anlaşan odur ki, hər iki tərəf rəqibini zəiflətmək, onun fəaliyyətini koordinasiyasız etmək və ümumiyyətlə kommunal mərkəzləri işləməyən bir hala gətirməyə çalışır və bunun üzərinə hansı avantajlar saxlamağa çalışır. Amma böyük ehtimalla Amerika və İsrail İranın hava hücumundan müdafiə sistemlərini yəqin ki, zərərsizləşdirib, bütövlükdə İranın hava məkanına nəzarət etməyə çalışacaqlar”.
Selcan Xudiyeva
