00:00:00
Yazar
Admin User
28.10.2025 16:38 136 2 dəq oxuma
Dünya

İsrail və HƏMAS Qırmızı Xaçla birgə əməliyyat keçirəcək

İsrail və HƏMAS Qırmızı Xaçla birgə əməliyyat keçirəcək

İsrail HƏMAS-a Qəzzanın ordunun nəzarətində olan ərazilərində girovların cəsədlərinin axtarışı üçün Qırmızı Xaçla birgə missiyalarda iştirak etməyə icazə verib.İsrail mediasının məlumatına görə, HƏMAS 2014-cü ildə öldürülən İsrail əsgəri Hadar Qoldinin dəfn olunduğu ehtimal edilən yerlərin xəritələrini təhvil verib.

 

Bu mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a bildirib ki,İsrail dövlətinin əsas məqsədi Yaxın Şərqdə böyük yəhudi dövləti yaratmaqdır:

 

“İsrail, ümumdünya yəhudi lobbisinin proqramını həyata keçirməklə bu hədəfə doğru irəliləyir. Hakimiyyətdə kim olmasından asılı olmayaraq, bu siyasət illərdir davam etdirilir.Hazırda İsrailin yaxın hədəfi HƏMAS-la mübarizə çərçivəsində Qəzza zolağında yaşayan əhalini öz torpaqlarından çıxarmaq, həmin ərazini isə öz nəzarətinə keçirməkdir. Məlum olduğu kimi, Qəzza ərazisinin təxminən 70–80 faizi hazırda İsrail ordusunun nəzarəti altındadır. İsrail müxtəlif bəhanələrlə Qəzza sakinlərini doğma torpaqlarından deportasiya etmək siyasətini həyata keçirir.İsrailin baş naziri də bu siyasətə sadiq qalaraq, ümumdünya yəhudi lobbisinin proqramını yerinə yetirir. Bu proqramın məqsədi Yaxın Şərqdə “böyük yəhudi dövləti” yaratmaqdır.Qəzzada baş verən hadisələrdə də İsrail, “terrorla mübarizə” və “girovların azad edilməsi” kimi bəhanələrlə hərbi əməliyyatlar aparır.HƏMAS nümayəndələri dəfələrlə bəyan ediblər ki, İsrailin bombardmanı nəticəsində həlak olan girovların cəsədləri İsrailin nəzarət etdiyi ərazilərdə qalıb.Lakin İsrail indiyədək həmin yerlərin göstərilməsinə icazə verməyib. Hazırda Qırmızı Xaç Cəmiyyəti vasitəsilə cəsədlərin dəqiq yerlərinin müəyyənləşdirilməsi və onların götürülməsi barədə razılıq əldə olunub. Bu razılaşma, müəyyən mənada, İsrail və HƏMAS arasında gərginliyin qismən azalmasına səbəb ola bilər.Qırmızı Xaçın funksiyası həm də HƏMAS nümayəndələrinin həmin ərazilərə təhlükəsiz şəkildə gedib-gəlməsinə zəmanət verməkdən ibarətdir. Lakin tarix göstərir ki, İsraillə Fələstin arasında əldə edilən bütün atəşkəslər və razılaşmalar müvəqqəti xarakter daşıyıb.İsrailin əsas məqsədi Qəzza sakinlərini tamamilə oradan çıxarmaq, HƏMAS-ın fəaliyyətinə son qoymaq və bölgəni tam nəzarət altına almaqdır. Hazırda İsrailin nəzarətində olan ərazilərdə yaşamaq üçün şərait qalmayıb: infrastruktur dağıdılıb, su, qaz və elektrik yoxdur.İsrailin siyasi rəhbərliyi “böyük yəhudi dövləti” yaratmaqla təkcə Fələstin torpaqlarına deyil, qonşu ölkələrin ərazilərinə də iddia edir. İsrailin baş naziri tarixi sənədlərə əsaslanaraq “vəd edilmiş torpaqlara qayıdış” proqramını həyata keçirdiyini açıq şəkildə bəyan edib. Bu isə, əslində, qonşu dövlətlərin torpaqlarına iddia etmək anlamına gəlir.Beləliklə, ABŞ-nin təşəbbüsü ilə atəşkəs və ya danışıqlar olsa belə, İsraillə Fələstin arasında münaqişə hələ də köklü şəkildə həllini tapmır. Çünki İsrailin əsas məqsədi – Yaxın Şərqdə “böyük yəhudi dövləti” yaratmaq siyasəti – davam edir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər