00:00:00
Yazar
Admin User
19.06.2025 17:15 156 1 dəq oxuma
Dünya

İsrail və İran arasındakı gərginlikdən altı gün keçir

İsrail və İran arasındakı gərginlikdən altı gün keçir

 

 

Son altı gündə İsrail və İran arasında gərginlik daha da artıb. 

Cümə günü İsrail Tehrandakı nüvə obyektləri və yaşayış məntəqələrinə hücum edərək, SEPAH-ın yüksək rütbəli komandirlərini, nüvə alimlərini və mülki şəxsləri öldürüb.

İran isə buna cavab olaraq İsrailin hərbi bazalarına pilotsuz təyyarələr və ballistik raketlərlə hücum edib. Həftəsonu neft obyektləri də daxil olmaqla hər iki tərəf hücumlarını davam etdirib.

İsrailin məlumatına görə, bazar ertəsi 20 nəfər ölüb. İranın Səhiyyə Nazirliyi isə 224 nəfərin öldüyünü, 1277 nəfərin yaralandığını açıqlayıb.

 

İsrail bazar ertəsi Tehranın şimalı üçün evakuasiya əmri verib, ABŞ-nin sabiq prezidenti Tramp isə “Tehran dərhal boşaldılmalıdır” mesajı paylaşıb. Nəticədə şəhərdə izdiham və tıxaclar yaranıb.

 

BBC

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər