00:00:00
Yazar
Admin User
21.06.2025 06:51 133 1 dəq oxuma
Dünya

"İsrail və İran arasındakı hərbi əməliyyatlar gündəlik 100 milyonlarla dollara başa gəlir"

"İsrail və İran arasındakı hərbi əməliyyatlar gündəlik 100 milyonlarla dollara başa gəlir"

“İsrail və İran arasındakı hərbi əməliyyatlar tərəflərə gündəlik 100 milyonlarla dollara başa gəlir”.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

 

Bildirilib ki, bu məbləğə həm hava əməliyyatları, həm də pilotsuz uçuş aparatlarının (PUA) texniki vasitələrin köməyilə endirilməsi xərcləri daxildir.

 

Belə ki, təkcə bir PUA-nın endirilməsi üçün həyata keçirilən bir atışın qiyməti 4 milyon ABŞ dolları təşkil edir. Bununıa yanaşı, “F-35” qırıcılarının bir saatlıq uçuş dəyəri 10 min dollara başa gəlir.

 

Müşahidəçilər mülki infrastruktur və tikililərə dəyən zərərin məbləğinin 400 milyon dolları keçəcəyi qənaətindədir.

 

Hərbi əməliyyatlar nəticəsində 5000 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb ki, onların gündəlik yaşayış xərclərini hökumətlər üzərinə götürüb.

 

Bütün bunlara rəğmən, iqtisadi sahənin mütəxəssisləri hələlik resessiya proqnozlaşdırmır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər