İsrail əvvəlcə İranı vurub, sonra "Çəkinmişik" deyib
İsrail-İran müharibəsinin 12-ci günündə atəşkəs elan ediləcəyinin açıqlanmasından sonra hər iki ölkə hücumlara davam edib. Tramp müharibənin rəsmi olaraq başa çatacağını elan etdikdən sonra İsrail Tehrana zərbə endirib. İran hücumu ilə bağlı danışan israilli rəsmilər Tramp-Netanyahu görüşündən sonra "Vurmaqdan çəkinmişik" açıqlamasını verərək ciddi bir hücum etmədiklərini bildiriblər.
Ancaq gərginliyin daha da artacağı gözlənilərkən, ABŞ Prezidenti Donald Trampdan gözlənilməz bir açıqlama gəlib. Tramp verdiyi bəyanatda İsrail və İran arasında "tam və hərtərəfli atəşkəs" əldə olunduğunu bildirib. Bu addımla müharibənin rəsmi olaraq sona çatacağını deyən Tramp, diplomatiyanın yenidən işə düşdüyünü vurğulayıb.
Atəşkəsin qalıcı olub-olmayacağı hələ dəqiqlik qazanmamışkən, bölgədəki hadisələr dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilib.
İsrail, İranla bağlı yeni hücum olmayacağını açıqladı. ABŞ Prezidenti Donald Tramp da "İsrailə məxsus bütün döyüş təyyarələrinin geri döndüyünü və bazalarına qayıtdıqlarını" deyib. İran hücumu ilə bağlı danışan israilli rəsmilər Tramp-Netanyahu görüşündən sonra "Vurmaqdan çəkinmişik" açıqlamasını təkrar ediblər.
İsrailin bu səhər etdiklərindən razı qalmadığını bildirən Tramp, bu vəziyyəti dayandıra bilib-bilməyəcəyinə baxacağını qeyd edib.
İranın nüvə obyektinə gəlincə isə Tramp, "İran bu nüvə obyektini bir daha heç vaxt bərpa edə bilməyəcək. Ora tamamilə məhv edilib",– deyə bildirib.
Atəşkəsdən sonra İsrailin "indiyə qədər görünməmiş şəkildə" hücum etdiyini vurğulayan Tramp, "Onlardan razı deyiləm. İrandan da razı deyiləm, amma İsrailin bu səhər etdiklərindən heç xoşum gəlməyib", – deyə bildirib.
Tramp həmçinin əlavə edib: “(İsrail-İran) O qədər uzun müddətdir və o qədər şiddətlə mübarizə aparırlar ki, artıq nə etdiklərini bilmirlər".
Haberler.com
Aygün Babayeva