00:00:00
Yazar
Admin User
08.10.2025 16:30 112 2 dəq oxuma
Dünya

İsraildə təmiz içməli suya çıxış yoxdur

İsraildə təmiz içməli suya çıxış yoxdur

İsveçli ətraf mühit fəalı Qreta Tunberq bildirib ki, o, İsraildə həbsdə olarkən suya çıxa bilməyib və nəticədə xəstələnib. 

Qəzza zolağına humanitar yardım çatdırmaq istəyərkən İsrail ordusunun hücumuna məruz qalan Qlobal Sumud Flotillasında saxlanılan isveçli ətraf mühit fəalı Greta Thunberg də daxil olmaqla 9 fəal İsveçə gəlib. Thunberg İsveçin paytaxtı Stokholmda Sergels Torg meydanında 9 isveçli fəalla mətbuat konfransı keçirib.

 

Burada çıxış edən Tunberq, "İsveç Konsulluğundan insanlara dedik ki, qaldığımız müddətdə (İsraildə həbsxanada) təmiz içməli suya çıxışımız yoxdur. Çünki su çirkli idi və xəstələndik".

 

Kran suyu çirkli olduğu üçün öz konsulluq səlahiyyətlilərindən kömək istədiklərini ifadə edən Tunberq, "Çünki onlar (İsraillilər) önümüzdəki zibil qutusuna içməli su şüşələrini atıb təmiz su istədikləri üçün bizə güldülər. Biz onlara "Təmiz içməli suya çatana qədər buradan ayrılmayacağıq",- dedik",- dedi.

 

Thunberg, şikayətlərini İsveç konsulluğu səlahiyyətlilərinə çatdırdıqlarını ifadə edərək, "Bizimlə görüşən konsulluq işçilərinin yanına gedərkən onlara "Siz gedəndən sonra bizi izləyən olmadığı üçün bizi döyəcəklər",- dedim",- dedi. İsveç rəsmiləri hər halda getdilər”. 

 

Fiziki işgəncələrə də məruz qaldıqlarını qeyd edən Tunberq, “İnsanlar huşunu itirirdi, həkim və həyat qurtaran dərman istədikdə 60 nəfərimizi kiçik qəfəslərə salaraq qazla öldürəcəklərini söylədilər”,- dedi.

 

İsveç hökumətini də tənqid edən Thunberg, "Düzünü desəm, həqiqətən nə deyəcəyimi bilmirəm. Çünki nə desək də, hökumətlərimizi İsrailə qarşı hərəkətə keçirəcək heç bir şey yoxdur",- dedi.

 

Haber Global

Gülay Səlifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər