00:00:00
Yazar
Admin User
26.10.2025 18:54 162 1 dəq oxuma
Dünya

İsraildən Livana zərbə: Hizbullahın daha 2 üzvü öldürülüb

İsraildən Livana zərbə: Hizbullahın daha 2 üzvü öldürülüb

İsrail ordusu Hizbullah təşkilatının iki üzvünü məhv etmək üçün Livanın iki fərqli bölgəsinə zərbə endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.

 

"İsrail ordusu Hizbullah təşkilatı üçün silah qaçaqmalçılığı ilə məşğul olan Əli Hüseyn əl-Musəvini məhv etmək üçün Livanın Bekaa bölgəsinə zərbə endirib.

 

İsrail Müdafiə Qüvvələri həmçinin Livanın cənubundakı Naqura bölgəsində Əbdü Mahmud əl-Səidi də məhv edib. O, Hizbullahın Livanın cənubundakı yerli nümayəndəsi idi və vəzifələrinin bir hissəsi olaraq, maliyyə və hərbi məsələlərdə bölgə sakinləri ilə əlaqə saxlamaqdan məsul idi", - deyə bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər