İsraildən Türkiyə etirafı...
İsrail təhlükəsizlik baxımından ABŞ-nin Türkiyəyə F-35 qırıcıları satmasına qarşıdır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yahel Leiter “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.
Leiter Ankaranın indiki mərhələdə ən son təyyarələrin Türkiyəyə satılmasını konstruktiv addım saymır.
O, Türkiyənin əhəmiyyətli hərbi potensiala və əsas coğrafi mövqeyə malik NATO üzvü kimi strateji əhəmiyyətini etiraf edib: "İsrail Vaşinqtonun Ankara ilə möhkəm əlaqələr saxlamaq istəyini başa düşür. ABŞ İsrailin təhlükəsizlik ehtiyaclarını nəzərə almaqla praqmatik əlaqələr qurmağa çalışır. İsrail türk qoşunlarının Qəzzada və ya Suriyada mövcudluğuna razı ola bilməz. ABŞ bizim bu mövqeyimizə hörmət edir".