00:00:00
Yazar
Admin User
11.11.2025 14:51 148 2 dəq oxuma
Siyasət

İsraildən yeni təzyiq

İsraildən yeni təzyiq

Artıq gərginlik təkcə cəbhədə deyil, evlərə qədər yayılıb. İsrail Livandan ölkənin cənubunda şəxsi evlərə sığınan Hizbullah üzvlərini tərksilah etməyi tələb edib. Bu barədə Livan və İsrail mənbələri məlumat yayıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin razılığı olmadan İsrail belə bir addım ata bilməz:

 

“İsrail ilə Hizbullah arasında ilin sonuna qədər tərksilah olmaq barədə, anlaşma var. Ancaq Hizbullah bu razılaşmanın sonuna qədər İsrailin istədiyi səviyyədə yerinə yetirməyi istəmir və müəyyən silahları özündə saxlamaq istəyir. Prosesi sürətləndirmək üçün İsrail Livan rəhbərliyindən evlərdə Hizbullah üzvlərinin yerləşdiyi evlərdə axtarışlar aparmağı tələb edib və Livan bunu qəbul etməyib. Cavab olaraq İsrail də Livanın cənubuna aviasiya zərbələri endirib. Yəni artıq tələbin qəbul olunmamasının nəticəsi görünməkdədir. ABŞ-nin, NATO-nun, BMT-nin bu prosesə müdaxiləsinə gəldikdə isə ABŞ-nin razılığı olmadan İsrail belə bir addım atmaz. Razılıq alıb ki, bu cür addımlar atır. Əgər ABŞ-nin razılığını alıbsa, içəridə qalan təşkilatların nəsə demək, buna mani olmaq imkanı yoxdur. Və biz dəfələrlə şahid olmuşuq ki, bu cür beynəlxalq qurumlar özlərinin nə qədər gücsüz olduqlarını nümayiş etdirmək məcburiyyətində qalırlar".

 

Müsahib bildirib ki, İsrail-İran gərginliyinin Livana sıçraması ehtimalı barədə isə onu demək olar ki, artıq bu gərginlik yaranıb:

 

"Təbii ki, təkcə İsrail-İran məsələsi deyil, bütövlükdə Hizbullahın tərksilah olunması ilə bağlı məsələdir. Bu səbəbdən gərginliyin həddindən artıq artma ehtimalı, hələlik yoxdur. Çox güman ki, ABŞ-nin tələbi ilə danışıqlar aparılacaq və ABŞ-nin təzyiqi ilə Livan rəhbərliyi aktivləşmək və İsrailin tələblərini müəyyən qədər, ən azı, yerinə yetirmək məcburiyyətində qalacaqlar. Gərginliyin təhlükəli həddə çatmasına imkan verilməyəcək”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər