İsrailin Azadlıq Donanması Koalisiyasının fəallarını saxlaması yeni piratlıq aktıdır
HƏMAS Qəzza zolağının qeyri-qanuni blokadasını yarmaq və humanitar yardım çatdırmaq üçün yola çıxan Azadlıq Donanması Koalisiyasının fəallarını İsrailin beynəlxalq sularda qeyri-qanuni saxlanmasını “piratçılıq” kimi qiymətləndirib.
HƏMAS-dan verilən yazılı açıqlamada, "Azadlıq Donanması Koalisiyasında iştirak edən və xalqımıza humanitar yardım daşıyan fəalları sionist işğalçı donanmanın beynəlxalq sularda saxlaması işğalın beynəlxalq həmrəyliyə qarşı qaranlıq rekordunu daha da artıran yeni cinayət və piratçılıq aktıdır" deyilir. İsrailin fəalları qaçırmasının beynəlxalq hüququn və ən təməl insani dəyərlərin açıq şəkildə pozulması olduğu vurğulanan bəyanatda, "Bu qorxaqcasına hücum işğalı və onun liderlərini idarə edən terrorçu və faşist zehniyyətinin əksidir".
İsrail donanması Qəzza zolağının qeyri-qanuni blokadasını yarmağa və humanitar yardım çatdırmağa cəhd edən Azadlıq Donanması Koalisiyasına məxsus gəmiləri beynəlxalq sularda qanunsuz olaraq ələ keçirib. Donanmadan canlı yayımlarda İsrail ordusunun “gəmilər dayandırılmasa, müdaxilə edəcəyini” elan etdiyi göstərilirib. Açıqlamalardan sonra gəmilərdəki iştirakçıların xilasetmə jiletləri geyindikləri və əvvəlcədən müəyyən edilmiş fövqəladə hal protokollarına uyğun olaraq gözlədikləri görülüb. Filodakı gəmiləri İsrail donanmasının hücum katerlərinin mühasirəyə alması və telefonları dənizə atan fəalların görüntüləri də ekranlarda nümayiş etdirilib.
TRT Xəbər
Xədicə Məhərrəmli