İsrailin Baş naziri Livanda "Hizbullah"ın hədəflərinə güclü zərbə endirməyi əmr edib
İsrailin Baş naziri Binyamin Netanyahu ölkə ordusuna Livanda "Hizbullah"ın obyektlərinə güclü zərbə endirməyi əmr edib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Ynet" portalı Baş nazirin Dəftərxanasına istinadən xəbər verib.
"Hizbullah" tərəfindən çoxsaylı atəşkəs rejiminin pozuntuları fonunda Baş nazir Netanyahu İsrailin Müdafiə Ordusuna qruplaşmanın Livandakı obyektlərinə gücül zərbə endirməyi əmr etdi", - məlumatda deyilir.