00:00:00
Yazar
Admin User
23.06.2025 10:39 100 1 dəq oxuma
Dünya

İsrailin cənubunda elektrik enerjisi kəsilib

İsrailin cənubunda elektrik enerjisi kəsilib

İrandan atılan ballistik raketlərin İsrailin cənubunda elektrik enerjisinin kəsilməsinə səbəb olduğu bildirilir.

 

İsrail enerji şirkətindən verilən açıqlamada İranın atdığı raketin ölkənin cənubundakı strateji elektrik stansiyasının yaxınlığında düşdüyü bildirilib.

 

Qeyd olunub ki, İranın cavab tədbirləri nəticəsində cənubda bir çox yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

 

İsrailin dövlət televiziyası KAN-a danışan enerji naziri Eli Koen cənubda 8 min ev təsərrüfatında elektrik kəsildiyini, ancaq bir neçə saat ərzində problemi həll edəcəklərini bildirib.

 

İran səhər saatlarından etibarən ardıcıl 3 ayrı cavab hücumu həyata keçirib.

 

Yerli media ölkənin müxtəlif bölgələrində, xüsusən də İsrailin cənubundakı Usdud (Aşdod) şəhərində zərbələrin olduğunu bildirib.

 

İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə

 

İyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb.

 

Hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub.

 

İran Səhiyyə Nazirliyi iyunun 21-də verdiyi açıqlamada İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi itkilərinin 430, yaralıların sayının isə 3500-ü keçdiyini bildirib.

 

İsrail Baş Nazirlik İdarəsi İran ordusunun həyata keçirdiyi repressiyalarda 24 nəfərin öldüyünü, 1272 nəfərin yaralandığını bildirib.

 

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər