“İsrailin Dohaya hücumu ikitərəfli münasibətlərə çox mənfi təsir göstərəcək amildir”
Qətərin paytaxtı Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin növbədənkənar iclası keçirilir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin Dohaya hücumu şübhəsiz ki, ikitərəfli münasibətlərə çox mənfi təsir göstərəcək amildir:
“Çünki İsrail ilə Qətərin münasibətləri bu müddət ərzində normal idi. ABŞ-də Qətərin müttəfiqi olması səbəbi ilə və İsraillə ABŞ arasındakı münasibətləri də nəzərə aldıqda Doha İsrailə ən yaxın olan ölkələrin başında gəlib, yəni bu münasibətlərdə normallaşma prosesi var idi. Ancaq İsrail Həması hədəf seçməklə Qətərə hücum həyata keçib və buda ikitərəfli münasibətlərin pozulmasına ilk addım olub. Nəzərə alaq ki, Qətər Həmas və İsrail arasındakı münaqişədə əsas vasitəçi ölkə idi və Dohaya hücum, şübhəsiz ki, həmdə Qətərin suverenliyinə eyni zamanda vasitəçilik missiyasına çox ciddi şəkildə kölgə salacaq. Buna görədə Əmirlik güzəştə getmək istəmir. Yəni birinci məsələ Qətərin özünün suverenliyinə təcavüz kimi qiymətləndirməsi məsələsidir ki, Qətər Ərəb dövlətlərini toplayaraq İsrailə qarşı güc göstərisi həyata keçirmək istəyir, ya məsləhətləşmələrdən sonra açıq şəkildə Qətər İsrailə cavab verməlidir, yəni İsrailə zərbə endirməlidir, bu çoxda güman edilən bir variant deyildir, yəni bu iki dövlətin arasında ciddi çaxnaşmaya səbəb ola bilər və həmçinin ABŞ-də qəzəbinə tuş gələ bilər Qətər bununla, yadaki İsrailə qarşı diplomatik təzyiq siyasətinə keçməlidir. Ehtimal ki, bu variant daha məntiqli oldu, çünki Qətər eyni zamanda İsrailə bu məsələdə cavab verməklə həmdə Filistinin xeyrinə bəzi məsələlərdə İsraili güzəştə məcbur etmək istəyir, yəni diplomatik yollarla buna nail ola bilər. Ehtimal ki, Ərəb dövlətlərinin Dohada iclasını keçirildikdən sonra İsrailə qarşı müəyyən təzyiq metodu həyata keçiriləcək. Burdada əsas məqsəd Fələstinin xeyrinə müəyyən güzəştlərə nail olmaqdır”.
Aytac İbrahimova