İsrailin hücumları nəticəsində 400 fələstinli ailə məhv edilib
Qəzza zolağında HƏMAS-a bağlı hökumət İsrailin 7 oktyabrdan bəri bölgəyə etdiyi hücumlarda 400 fələstinli ailənin məhv edildiyini açıqlayıb.
İnformator.az xəbər verir ki, hökumətin mətbuat xidmətinin rəhbəri Selame Maruf keçirdiyi mətbuat konfransında Qəzza zolağında baş verən son hadisələrlə bağlı qiymətləndirmələr edib.
Maruf İsrailin Əl-Əhli Baptist Xəstəxanasını təhdid etdiyini inkar edə bilməyəcəyini qeyd edib.
