İsrailin hücumlarında 606 nəfər həyatını itirib, 5 min 332 nəfər yaralanıb
Səhiyyə naziri Məhəmməd Rza Zaferkəndi paytaxt Tehran şəhərində keçirilən Səhiyyə Nazirliyinin Krizis Mərkəzi toplantısında çıxış edib.
İsrailin ölkə üzrə həyata keçirdiyi hücumlarda 606 nəfərin həyatını itirdiyini bildirən Zaferkəndi, yaralı sayının da 5 min 332-yə yüksəldiyini açıqlayıb.
Zaferkəndi, İsrailin İrana qarşı təcavüzə 13 iyun tarixindən başladığını qeyd edərək, bu müddət ərzində ən ağır hücumların son 24 saatda həyata keçirildiyini vurğulayıb və deyib: “Bu zaman ərzində 1342 nəfər yaralanıb, 107 nəfər şəhid olub.”
TRT Haber
Xəlilli Nigar