İsrailin hücumlarının elektrik infrastrukturumuza dəyəri 22 milyon dollardır- İran
İsrailin İranın elektrik infrastrukturuna etdiyi hücumlar nəticəsində 22 milyon dollar zərər yarandığı bildirilib.
İran dövlət televiziyasının məlumatına görə, Tevanir Elektrik Paylayıcı Şirkətinin baş direktoru Mustafa Rəcəbi Meşhədi İsrailin hücumlarından təsirlənən elektrik infrastrukturu ilə bağlı açıqlama verib.
Meşhədi 12 gün davam edən hücumlardan təsirlənən elektrik infrastrukturu barədə belə deyib: “Bu hücumlar zamanı elektrik infrastrukturu da hədəfə alındı. Müxtəlif bölgələrdə 50-dən çox hadisə baş verdi, bunların təxminən 25-i yalnız Tehranda qeydə alınıb”.
Meşhədi bildirib ki, hücumlar nəticəsində elektrik infrastrukturunda yaranan nasazlıqların bir hissəsi qısa müddətdə, bir hissəsi isə 48 saat ərzində aradan qaldırılıb. O həmçinin hücumlar zamanı vəzifə başında olan 4 sahə işçisinin həyatını itirdiyini qeyd edib.
Meşhədi, İsrailin hücumları nəticəsində elektrik infrastrukturuna dəyən ziyanın hələ tam müəyyən edilmədiyini bildirərək deyib: “Elektrik ötürücü xətləri, elektrik stansiyaları və paylayıcı şəbəkələri də əhatə edən ziyanın hazırkı hesablamalara görə 22 milyon dollar olduğu təxmin edilir”.
TRT XƏBƏR
Lalə Qurbanlı