“İsrailin hansısa əraziyə müdaxiləsi olursa,…..”
İsrailin, yəni təkcə Suriyaya yox, başqa məsələnin Fələstin ərazisinə müdaxiləsinin, regionda sülhün necə pozduğunu biz dəfələrlə şahidi olduq.
Məsələ ilə bağlı politoloq Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, İrana belə müdaxiləsi, regionda təhlükəsizliyin necə təhdid etdiyini biz yaxın aylarda şahidi olduq:
"Sülhün necə pozduğunun şahidi olduq. Ona görə də İsrailin hansısa əraziyə müdaxiləsi olursa, orada hökmən təhlükəsizlik məsələsi sıfırın altına düşür. Sülh prosesi pozulur. Onun üçün də hesab edirəm ki, Suriyaya müdaxilə də regionda sülhün pozulmasına səbəb olacaq. Təbii ki, Suriyaya hücumda Türkiyə səssiz qalmayacaq. Digər Yaxın Şərq ölkələrində düşünsək, təbii ki, regionda təhlükəsizlik tamamilə yeni pozulacaq. Bu anlamda buna da normal, yəni bu müdaxilə zamanında, mülki əhalinin təhlükəsizliyinin necə qorunmasını biz Qəzza məsələsində gördük. Yəni Qəzzada son iki ildə minlərlə insan həyatını itirib. Mülki əhalinin təhlükəsizliyi qorunmayıb. Bunun da fonunda nə qədər insan itkisinin yaşandığına biz şahid olduq".
Həmçinin ekspert vurğulayır ki, ümumiyyətlə, belə hücumlar zamanı müdaxilələr zamanı mülki əhalinin qorunması arxa plana keçir:
"Yəni hər kəs Azərbaycan kimi yeni savaş aparmır ki, Azərbaycan yaxın illərdə apardığı savaşla dünyaya bir nümunə göstərib. Yəni mülki əhalinin necə qorunması nümunəsi. Son olaraq da Xankəndi məsələsində mülki əhali, yəni Xankəndində Ermənilərin necə mərhələli şəkildə və özlərinə çıxıb getdiklərinin şahidi olduq və onların təhlükəsizliyinin necə qorunduğunun şahidi olduq. Amma digər yeni yerlərdə biz bunun şahidi olmuruq. Rusiya Ukrayna savaşında mülki əhalinin təhlükəsizliyi necə qorunur hamımıza məlumdur. Son Qəzza hadisələri də hamımıza məlumdur. Yəni onun üçün də mülki əhalinin İsrail hücum etdiyi yerlərdə, yəni mülki əhalini qoruduğu kimi fikirləri məncə, absurddur. Çünki ortada 40 qəza nümunəsi var. Qəzza məsələsinin üzərindəki iki il ərzində İsrail qəzzanı bombaladı, mülki əhali həyatını itirdi. Beynəlxalq birliyin bu məsələyə münasibəti hər birimiz bilirik. Beynəlxalq birlik dedikdə Amerika nə deyirsə, beynəlxalq birliyin də münasibəti olub. Amerika necə münasibət göstərəcəksə Beynəlxalq Birlikdə eyni münasibət göstərəcək. Amerikanın isə münasibəti ortadadır ".

Gülcan Salahova
