00:00:00
Yazar
Admin User
29.10.2025 19:25 142 1 dəq oxuma
Siyasət

İsrailin Qəzza zolağına qarşı yeni hərbi əməliyyat qərarı

İsrailin Qəzza zolağına qarşı yeni hərbi əməliyyat qərarı

Qəzza zolağında vəziyyət son günlərdə yenidən kəskinləşib. İsrail Müdafiə Qüvvələri (İMQ) baş nazir Benyamin Netanyahunun göstərişi ilə yeni hərbi əməliyyata başlayıb.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, hazırkı İsrail hakimiyyəti faktiki olaraq işğal siyasəti aparır:

 

“İsrailə qarşı HƏMAS-ın başladığı əməliyyatlara cavab olaraq İsrailin ilk reaksiyası müəyyən dərəcədə qanuni xarakter daşıyırdı. Lakin İsrailin genişmiqyaslı hərbi əməliyyatlara başlaması, işğal və soyqırım siyasəti həyata keçirməsi faktiki olaraq bu legitimliyi itirdi və beynəlxalq təzyiqlərə səbəb oldu. ABŞ-nin sakitləşdirici mövqe tutmağa çalışması, Misirdə keçirilən son görüş və əldə edilən razılaşmalar İsraili diplomatik təzyiqlərlə üz-üzə qoydu. Əgər İsrail ABŞ vasitəsilə əldə edilən həmin razılığı pozarsa, bu, iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vura bilər. Ən böyük təsir isə regional sabitliyə olacaq. İsrail əməliyyatları genişləndirdiyi təqdirdə bu, prosesin bir ucunun Misirə qədər uzanmasına gətirib çıxara bilər. İsrail tərəfi İran mövzusu bağlandıqdan sonra diqqəti yenidən Fələstin məsələsinə yönəldir. ABŞ isə İsrailin Qəzza siyasətinə mütləq reaksiya verməlidir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər