00:00:00
Yazar
Admin User
25.12.2024 19:14 255 1 dəq oxuma
Dünya

İsrailin Qəzzada məcburi köçkünlərin çadırlarına hücumu nəticəsində 3 dinc sakin həlak olub

İsrailin Qəzzada məcburi köçkünlərin çadırlarına hücumu nəticəsində 3 dinc sakin həlak olub

İsrail ordusunun Qəzza zolağında köçkünlərin çadırlarına hücumu nəticəsində 3 fələstinlinin həyatını itirdiyi, çoxlu sayda insanın isə yaralandığı bildirilib.

 

Qəzzada Mülki Müdafiə Müdirliyindən edilən yazılı şərhdə bildirilib ki, İsrailin şimaldakı Qəzzada köçkün vətəndaşların qaldığı çadırları bombalayıb.

 

Açıqlamada mülki müdafiə qruplarının bombalanan çadırlardan 3 nəfərin cəsədini və çox sayda yaralının çıxardığı bildirilib.

 

İsrail Ordusu Qəzzanın cənubundakı Rəfah şəhərində bəzi vətəndaşları hədəfə alıb. Hücum nəticəsində azı bir fələstinli ölüb, bir neçə nəfər yaralanıb.

 

TRT XƏBƏR

 

Lalə Qafarova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər