00:00:00
Yazar
Admin User
10.03.2025 16:18 176 2 dəq oxuma
Dünya

İsrailin Qəzzadaki su təmizləmə müəssisəsinin elektrik enerjisini kəsməsi su böhranını dərinləşdirdi

İsrailin Qəzzadaki su təmizləmə müəssisəsinin elektrik enerjisini kəsməsi su böhranını dərinləşdirdi

İsrailin Qəzza Zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Bələh şəhərindəki su təmizləmə müəssisəsinin elektrik enerjisinin kəsilməsi su böhranını daha da dərinləşdirib.

 

Deyr əl-Bələh Bələdiyyə Başçısı Nizar Ayyaş, İsrailin Enerji Naziri Eli Kohenin Qəzza Zolağına elektrik tədarükünü dayandırmaq qərarı ilə bağlı açıqlamasından sonra baş verən su böhranı barədə mətbuata danışıb.

 

Ayyaş, müəssisənin elektrik enerjisinin kəsilməsinin mərkəzi və cənub bölgələrində şirin suyun miqdarını 70 faiz azaltdığını və böhranı “misli görünməmiş” şəkildə dərinləşdirdiyini bildirib. O, 100 min nəfərə içməli su təmin edən bələdiyyənin vətəndaşların suya çıxışını təmin etmək üçün generatorları işə salacağını qeyd edib.

 

Ayyaş həmçinin sərhəd keçidlərinin bağlanması səbəbindən yaşanan yanacaq çatışmazlığının ekoloji fəlakətə səbəb ola biləcəyini vurğulayıb. O, əlavə edib ki, İsrail qüvvələrinin hücumlar zamanı Qəzzanın şərq və cənub bölgələrinə daxil olması nəticəsində Deyr əl-Bələh şəhərindəki 19 su quyusundan 8-i tamamilə fəaliyyətini dayandırıb.

 

İsrail, HƏMAS-la əldə edilən atəşkəs və əsir mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsinin başa çatmasının ardından 2 mart tarixindən etibarən Qəzza Zolağına humanitar yardımların girişini dayandırmaq qərarı vermişdi. İsrailin Enerji Naziri Eli Kohen isə dünən Qəzza Zolağına elektrik tədarükünü dərhal dayandırmaq qərarı aldıqlarını açıqlamışdı.

 

Qəzzanın mərkəzində yerləşən su təmizləmə müəssisəsi hücumlar zamanı İsraildən elektrik enerjisi alan yeganə qurum idi. Lakin bu qərarla onun fəaliyyəti dayanmaq həddinə çatıb.

 


TRT Xəbər

Günel Verdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər