İsrailin təşkil etdiyi hücumlarda ölənlərin sayı 48 min 405-ə yüksəlib
İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumlarının ardından atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda 7-si dağıntılar altından çıxarılan 8 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb. Açıqlamada, son 24 saatda 7-si dağıntılar altından çıxarılan ümumilikdə 8 nəfərin cəsədinin xəstəxanalara çatdırıldığı, 11 nəfərin isə yaralandığı bildirilib. İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən atəşkəs elan olunduğu 19 yanvara qədər davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayının 48 min 405-ə, yaralı sayının isə 111 min 835-ə yüksəldiyi bildirilib.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva