00:00:00
Yazar
Admin User
25.08.2025 17:24 93 1 dəq oxuma
Dünya

İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb

İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb

 

İsrail Hərbi Hava Qüvvələrinin Husi üsyançılarının Sənadakı bazalarına hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Sənada "Xəziz" elektrik stansiyasına və yanacaqdoldurma məntəqəsinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 92 nəfər yaralanıb. Zərərçəkənlərdən 21-nin vəziyyəti ağırdır.

 

Qeyd edək ki, daha əvvəl 4 nəfərin öldüyü, 67 nəfərin yaralandığı bildirilib.

 

Xatırladaq ki, İsrail avqustun 24-də Sənada enerji obyektlərinə silsilə hava zərbələri endirib. "Yəmən Petroleum" yanacaqdoldurma məntəqəsi və "Xəziz" elektrik stansiyası atəşə tutulub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər