İsrailin zərbəsi
İsrailin Qəzzanın Xan Yunis şəhərində yerləşən “Nasir” xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində 20 nəfər həlak olub.
"İnformator.az" xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 5 jurnalist də var. İsrailin Qəzzada xəstəxanaya hücumu nəticəsində ölənlərin sayı 20-yə çatıb. İsrail ordusu xəstəxanaya zərbə endirdiyini etiraf edib, lakin xəstəxananın niyə hədəfə alındığını bəyan etməyib. Hadisə zamanı ölən jurnalistlərin sayı 5-ə çatıb.