00:00:00
Yazar
Admin User
20.10.2025 16:57 136 3 dəq oxuma
Dünya

İsraillə HAMAS arasında atəşkəs rejimi hələ də qüvvədədir

İsraillə HAMAS arasında atəşkəs rejimi hələ də qüvvədədir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında İsraillə HAMAS arasında atəşkəs rejimi hələ də qüvvədədir.

 

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, ola bilər ki, bu səylər nəticəsində əldə olunan nisbi sabitlik gələcəkdə daha geniş sülh razılaşmasına yol açsın:

 

 

"Donald Tramp böyük təmtəraqla təşkil olunmuş bu tədbirdə çıxış edib. Şübhəsiz, tədbir əhəmiyyətli idi. Ancaq əsas məsələ budur ki, bu görüşdən sonra real nəticələr əldə olundumu. Amerika üslubunda, bir növ şou elementləri ilə təşkil olunan bu tədbir göstərib ki, tərəflər girov, cəsəd və həbsdə olan şəxslərin mübadiləsinə hazırdırlar. Lakin bu, böyük bir başlanğıcın əsası kimi görünmür. Çünki tərəflər arasında düşmənçilik və barışmaz mövqelər hələ də çox dərin səviyyədədir və kompromisə gedəcəkləri real görünmür. Donald Tramp həqiqətən də sülhə gedən yolda müəyyən səylər göstərib. Ola bilər ki, bu səylər nəticəsində əldə olunan nisbi sabitlik gələcəkdə daha geniş sülh razılaşmasına yol açsın. Amma hələlik bu baş verməyib. Artıq demək olar ki, atəşkəs rejimi pozulub. İsrail ordusu yenidən genişmiqyaslı hücumlara başlayıb. Qəzza zolağı bombardman edilir, insanlar isə ya məhv edilir, ya da ərazilərini tərk etməyə məcbur edilirlər. Tramp əvvəllər bildirib ki, 2 milyonluq əhali oradan köçürüləcək və həmin ərazidə yeni bir "Riviera" yaradılacaq, yəni dünya səviyyəli, diqqətçəkən bir kurort mərkəzi olacaq".

 

 

Müsahib qeyd edib ki,  əslində bu özünəməxsus bir sınaq idi:

 

"Yəni bu proseslə onun tərkibi, reaksiyası, davranış forması öyrənilməyə çalışılıb. Ancaq bu uğursuz nəticələnib. Fələstinlilər, xüsusən də Qəzzada yaşayan HƏMAS nümayəndələri qətiyyətlə bildirblər ki, Ölüm var, dönüş yoxdur, biz bu torpaqlardan köçməyəcəyik. Nəticədə, İslam dünyası və ərəb ölkələri də bu məsələyə reaksiya verib. Onlar açıq şəkildə bəyan ediblər ki, bu proses, əslində, etnik təmizləmədir. Fələstinlilər sıxışdırılır ki, əraziləri boşaldılsın və orada yeni İsrail şəhərləri, yaşayış məntəqələri salınsın. Bu reaksiya fonunda Donald Tramp onun israilli tərəfdaşları və ABŞ də olan İsrail lobbisi geri çəkilməyə məcbur olub. Daha sonra fiziki məhvlə məşğul olmağa başlayıblar". 

 

 

Eyni zamanda politoloq bildirib ki, əgər iştirakçı tərəflər hər hansı bir kağızda, sənəddə imza atmayıblarsa, deməli, bu, real razılaşma deyil, sadəcə görüntü yaratmaqdan ibarətdir:

 

 

" Bu cür tədbirləri "boş anlayış" kimi qiymətləndirmək olar. Çünki tərəflər özləri belə tədbirə qatılmaq istəmədilər. Səbəbləri də aydındır. Bu tədbir zəif təməlli bir sənədin üzərində qurulub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirə dəvəti təsadüfi deyil. Səbəb yalnız Ermənistanla barışıq planı deyil. Əsas məsələ ondadır ki, Azərbaycan güc yolu ilə sülhə məcbur etmə prinsipini uğurla tətbiq edib. Həm müharibəni qazanıb, həm də sülhü formalaşdıran nadir ölkələrdəndir. Düzdür, bu sülhün pozulması üçün müxtəlif təxribatlar olur, kənardan müdaxilələr edilir. Amma Azərbaycan bu proseslərə qarşı birmənalı şəkildə mövqe tutur və heç kimə imkan vermir ki, öz maraqlarını burada reallaşdırsın. Hazırda vəziyyət kritikdir və yaxın perspektivdə barışığın reallaşması ehtimalı çox zəifdir. İsrailin hazırkı hökuməti ABŞ və onun yəhudi lobbisinin təsiri altındadır. Belə olduqda isə bölgədə sabitliyin yaranması real görünmür. Üstəlik, indi Türkiyəni də hədəfə alıblar, iddia edirlər ki, Türkiyə bölgədə destruktiv rol oynayır. Amma Türkiyədə bu məsələlərlə məşğul olan güclü strukturlar mövcuddur, təhlükəsizlik və kəşfiyyat orqanları vəziyyəti dərindən anlayır. Qərb öz maraqlarını bölgədə reallaşdırmaq üçün əsas maneə olaraq Türkiyəni, İranı və Pakistanı görür. Artıq Pakistanın adı da hallanır, deyilir ki, gələcəkdə bu ölkə nüvə silahından könüllü imtina etməyə məcbur edilməlidir. Yəni məqsəd budur ki, bu dövlətlər müstəqil, güclü və suveren qalmasınlar. Bütün bu prosesləri və açıqlamaları da bu prizmadan qiymətləndirmək lazımdır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər