İsraillə qarşıdurmada həlak olan fələstinlilərin sayı 3 mini keçib
Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən bəri fələstinlilər arasında ölənlərin ümumi sayı 3 mini keçib.
İnformator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, azı 13 750 nəfər xəsarət alıb.
