00:00:00
Yazar
Admin User
10.03.2025 17:59 270 1 dəq oxuma
Dünya

İstanbul boğazı gəmi keçidinə açılıb

İstanbul boğazı gəmi keçidinə açılıb

İstanbula təsirini davam etdirən sıx duman dənizdə görmə qabiliyyətini azaldıb. Ehtiyat tədbiri olaraq iki tərəfli gəmi keçidinə bağlanan Boğaziçi yenidən açılıb.

 

İstanbulda gecə saatlarından etibarən sis təsirli olmağa başlayıb. Görmə qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb. Sıx duman dəniz nəqliyyatında axsamalara səbəb olub. Boğaza şimal və cənubdan girəcək gəmilərin kapitanlarına Gəmi Trafik Xidmətləri Müdirliyi radio ilə xəbərdarlıq edib. Boğazın iki istiqamətli və müvəqqəti tranzit gəmilərə bağlandığı açıqlanıb. Duman sönəndən sonra gəmilərin hərəkəti normallaşıb.


Tərcümə etdi:Ayşən Səlimova

Mənbə:TRT haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər