İstanbulda illik inflyasiya 40%-ə yaxınlaşır
İstanbulda noyabrda pərakəndə qiymətlərdə aylıq inflyasiya 1,19%, illik isə 38,28% olub.
"İnformator.az" xəbər verir ki, bu barədə İstanbul Ticarət Palatası (İTO) məlumat yayıb.
Oktyabrda illik inflyasiya 40,84%, aylıq isə 3,31% səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, topdansatış əmtəə qiymətləri indeksində də artım müşahidə edilib. Noyabrda indeks aylıq 1,51%, illik isə 31,23% yüksəlib.