İstanbulda İƏT-in İranla bağlı xüsusi sessiyası keçirilib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci Sessiyası çərçivəsində İranın tələbi ilə İstanbulda xüsusi sessiya təşkil olunub.
Toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib.
Sessiya İstanbulun Lütfi Kırdar Konqres Mərkəzində qapalı formatda, İƏT-ə üzv bütün ölkələrin iştirakı ilə keçirilib.
Diplomatik mənbələr sessiyanın əsas gündəm maddəsinin İsrailin regional gərginliyi artıran addımları və İranla bağlı son hadisələr olduğunu bildiriblər.
TRT haber
Mahmudlu Ləman