00:00:00
Yazar
Admin User
02.06.2025 10:27 51 1 dəq oxuma
Dünya

İstanbuldakı danışıqlara heyət göndərməyəcəklər

İstanbuldakı danışıqlara heyət göndərməyəcəklər

ABŞ iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların ikinci raundunda iştirak etmək üçün nümayəndə heyəti göndərməyi planlaşdırmır.

 

Bu barədə məlumatı ABŞ-nin “The Atlantic” jurnalı yayıb.

 

Jurnalın məlumatına görə, ABŞ  Prezidenti Donald Tramp danışıqların bu raundundan müəyyən irəliləyiş gözləyir.

 

Rusiya və Ukrayna arasında birbaşa danışıqların birinci raundu mayın 16-da İstanbulda baş tutub.

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, Ukrayna–Rusiya müharibəsində mövcud reallıqlar çərçivəsində ən azı atəşkəs razılaşmasının əldə olunmasında ABŞ maraqlıdır:

 

 

"Xüsusilə qeyd etmək lazımdır ki, burada söhbət konkret və qalıcı sülhdən deyil, müvəqqəti sülhdən gedir. Rusiyanın bu müharibədə məğlub olmayacağı açıqdır. Ukraynanın da qələbə qazanmayacağı bəllidir. Belə olduqda müharibənin uzanması artıq maliyyə yükü, Rusiyanın üstünlüyü və Amerikanın məğlub tərəfdə görünməsi ilə nəticələnir. Halbuki Vaşinqton əsla məğlubun tərəfində olmaq istəmir. Üstəlik, edilən yardımlar da siyasi baxımdan bumeranq effekti verir.

 

Bu baxımdan ABŞ daha əvvəl Ukrayna–Rusiya danışıqlarında iştirak etsə də, hazırda iştirak etməməsi başa düşüləndir. Bu, ya Rusiyanın tələbi, ya da Amerikanın təşəbbüsü ola bilər. Əslində bu qərarı uğurlu hesab etmək olar. Vaşinqton proseslərə müdaxilə etməsə, real nəticələr əldə edilə bilər. Qərar strateji baxımdan doğrudur".

 

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər