00:00:00
Yazar
Admin User
25.08.2025 16:27 91 1 dəq oxuma
Dünya

İstanbullular yağışdan sonra rahatlıq tapıblar

İstanbullular yağışdan sonra rahatlıq tapıblar

Havanın temperaturu mövsüm normalarından yüksək olan İstanbulun bəzi rayonlarına yüngül yağış təsir edib. İstanbullular qısa müddət ərzində yağan yağışla təzələnib sərin hava ilə rahat nəfəs alıblar.

 

Şəhərin bəzi yerlərində yağan güclü yağış havanın temperaturunun aşağı düşməsinə səbəb olub.

 

Meteorologiya Ümumi Müdirliyinin məlumatlarına görə, bu gün günorta saatlarına qədər şəhərdə orta temperatur 25,3 dərəcə olub.

 

Mövsümi normaları aşmış istilərlə mübarizə aparan İstanbul sakinləri sərin hava ilə rahat nəfəs alıblar.

 

Yollarda yağışdan ehtiyatlanan bəzi sakinlər islanmamaq üçün qapalı yerlərdə və ictimai nəqliyyat stansiyalarında sığınacaq axtarıblar.

 

TRT XƏBƏR

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər