00:00:00
Yazar
Admin User
25.09.2025 14:29 215 2 dəq oxuma
Siyasət

İstanbulu BMT-nin mərkəzinə çevirmək istəyirik

İstanbulu BMT-nin mərkəzinə çevirmək istəyirik

BMT-nin böyük təşkilat olmasına baxmayaraq nizamnaməsində nəzərdə tutulan funksiyaları yerinə yetirə bilməməsi narahatlıq doğurur.


Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator az"a açıqlamasında bildirib ki, dünyada ədalətin bərqərar olunmasında, savaşların durmasında rol almalı olan bu təşkilatın obrazı böyük olsa da rolu yox dərəcədədir:


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni canlı görmək istəyir. BMT-nin köhnə üsullardan arınaraq yenidən yapılanmasını istəyir. Onun, "dünya beşdən böyükdür" sözü də bu mənada deyilir. İstanbulun BMT-nin mərkəzinə çevrilməsi ilk öncə dünyada ədalətin bərpa olunmasına xidmət edə bilər. Digər tərəfdən də Türkiyə üçün böyük stratji üstünlük saxlaya, regionda sülh və sabitliyi davamlı edə bilər. BMT-nin mərkəzinin dəyişdirilməsi şübhəsiz ki, müsəlman dövlətləri üçün arzuedilən ola bilər. Səlibçilik təfəkküründə olan bəzi Qərb dairələri və təbii ki, İsrail bunu istəməz. Reallaşmasa belə bu təşəbbüsün özü də Türkiyənin nüfuzuna böyük töhfədir. Əvvəla bu onu sübut edir ki, təşkilatın fəaliyyəti qənaətbəxş deyil, dünyada sülh və sabitliyin bərqərar olmasına töhfə verə bilmir. Bunun üçün də Türkiyə özünün aktiv bazasını əsas gətirərək mərkəzin köçürülməsinin lazım olduğunu dilə gətirir ".


Həmçinin ekspert vurğulayır k, bu, bir siqnaldır:


"Yəni BMT-nin funksiyası beynəlxalq münasibətlərdə, münaqişələrin nizamlanmasında rol almaqdır. Amma Fələstin - İsrail, Ukrayna - Rusiya məsələsi də daxil olmaqla bu fəaliyyəti görünmür. Odur ki, BMT-nin canlı və funskuskarını yerinə yetirə bilmək əzmində olması üçün mərkəzin İstanbula köçürülməsi mümkündür ".


Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər