İsveç Ukrayna naminə Əfqanıstan və Asiyadakı proqramları dayandırır
İsveç hökuməti xarici yardım siyasətində dəyişiklik edərək maliyyə vəsaitlərini yenidən bölgü altına alacaq. Bu çərçivədə Ukraynaya əlavə olaraq 180 milyon dollar (təxminən 1,7 milyard İsveç kronu) ayırmaq məqsədilə Əfqanıstan, Asiya və Okeaniya ölkələrindəki bir sıra inkişaf proqramları mərhələli şəkildə dayandırılacaq.
Hökumət bəyan edib ki, coğrafi və tematik yardım çərçivəsində prioritetlərin yenidən müəyyənləşdirilməsi Ukraynaya dəstəyin artırılmasına imkan yaradacaq.
Bu qərarın əsas məqsədi 2025-ci ilə qədər Ukraynaya nəzərdə tutulan maliyyə yardımının təmin olunmasıdır.
Mənbə :Caliber
Aytən Ağazadə