00:00:00
Yazar
Admin User
07.07.2023 09:35 285 1 dəq oxuma
Dünya

İsveçin keçmiş nazirinin "Türkiyənin məruz qaldığı terror aktlarını ciddi qəbul etmədik" etirafı

İsveçin keçmiş nazirinin "Türkiyənin məruz qaldığı terror aktlarını ciddi qəbul etmədik" etirafı

İsveçin keçmiş xarici işlər naziri Ann Linde Türkiyənin terror hücumlarına ciddi şəkildə məruz qaldığını və İsveç də daxil olmaqla digər ölkələrin bu vəziyyəti ciddiyə almadığını bildirib.

 

İnformator.az xarici KİV-ə istinadən bildirir ki, İsveç dövlət televiziyası SVT-nin ölkənin NATO-ya üzvlük üçün müraciət prosesini işıqlandıran “Processen” adlı sənədli filmində fikirlərinə yer verən Linde Türkiyənin terrorla bağlı ifadəsində haqlı olduğunu dilə gətirib.

 

“Düşünürəm ki, Türkiyə ciddi şəkildə terror hücumlarına məruz qalır və digər ölkələr, o cümlədən biz də buna ciddi yanaşmırlar”, - Linde bildirib.

 

Terror təşkilatı PKK/YPG-nin İsveçdə maliyyə qaynaqlarına malik olduğuna diqqət çəkən Linde, "Prezident Ərdoğanın maliyyə qaynaqlarını tənqid etmək hüququ var. Bu, Ərdoğana İsveçin terrorist olaraq sinifləndirilən PKK-dan təhlükə almadığını tənqid etmək hüququnu da verir” dedi.

 

Ann Linde 10 sentyabr 2019-cu ildən 2022-ci il oktyabrın 17-dək Sosial Demokrat hökumətində xarici işlər naziri vəzifəsində çalışıb. İsveç 18 may 2022-ci ildə Linde dövründə NATO-ya üzvlük üçün müraciət edib.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər