İsveçrədəki Blatten kəndinin bir hissəsi buzlağın çökməsi nəticəsində yox olub
İsveçrənin cənubunda, Valais kantonunda yerləşən Blatten kəndinin böyük bir hissəsi buzlağın çökməsi nəticəsində yoxa çıxıb.
Buzlağın çökməsi ilə kəndin böyük ərazisi nəhəng buz, palçıq və dağıntı yığını ilə örtülüb.
Rəsmilər hadisə nəticəsində hər hansı can itkisi və ya yaralanmanın qeydə alınmadığını bildiriblər. Lakin kənddəki bir çox evin dağıldığı, salamat qalan evlərin isə su altında qaldığı qeyd olunub.
Fəlakət zamanı itkin düşən 65 yaşlı bir şəxsin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Buzlağın çökməsi nəticəsində 3,1 bal gücündə hiss edilən bir zəlzələ də baş verib.
Blatten kəndində baş verən sürüşmə və su səviyyəsinin artması səbəbilə bəzi qonşu kəndlərdə də təxliyələr həyata keçirilib.
İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutter bu barədə sosial şəbəkə platforması X-də paylaşım edərək, “Evinizi itirmək dəhşətli bir hissdir. Blatten sakinləri üçün hal-hazırda çox kədərlənirəm”, – deyə bildirib.
Blatten kəndində baş verən bu fövqəladə təbii hadisə İsveçrə Alplərində buzlaqların əriməsi və hərəkətliliyinin artması ilə bağlı riskləri, eləcə də bunun iqlim dəyişikliyi ilə əlaqəsini bir daha gündəmə gətirib.
TRT Xəbər
Nuray Əliyeva