00:00:00
Yazar
Admin User
21.06.2025 19:38 78 1 dəq oxuma
Dünya

İƏT ölkələri İsrail işğalına qarşı birləşməyə çağırılıb

İƏT ölkələri İsrail işğalına qarşı birləşməyə çağırılıb

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrini İsrail işğalının dayandırılması və 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında davam edən soyqırımın qarşısının alınması üçün səylərini birləşdirməyə çağırıb. Bu barədə rəsmi Fələstin xəbər agentliyi WAFA məlumat yayıb.

 

Mənsur İstanbulda keçirilən İƏT-in Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında çıxış edib. O vurğulayıb ki, fələstin xalqı İsrailin hücumları, blokada, aclıq, kütləvi ölümlər və zorakı köçürülmələr nəticəsində misli görünməmiş mövcudluq böhranı ilə üz-üzədir.

 

Diplomatın sözlərinə görə, bu cinayətlərə qarşı vahid mövqe nümayiş etdirilməlidir. O qeyd edib ki, İsrailin Qəzzaya hücumları dərhal dayandırılmalı və fələstin xalqına qarşı uzun illərdir davam edən tarixi ədalətsizlik aradan qaldırılmalıdır. Mənsur Qəzza blokadasının aradan qaldırılmasını və təcili atəşkəs rejiminin yaradılmasını humanitar zərurət adlandırıb.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər