00:00:00
Yazar
Admin User
16.05.2025 17:50 234 1 dəq oxuma
Dünya

İtaliya Baş naziri, Putinin danışıqlar üçün İstanbula gəlməməsini tənqid edib

İtaliya Baş naziri, Putinin danışıqlar üçün İstanbula gəlməməsini tənqid edib

 

İtaliyanın Baş naziri Corcia Meloni, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmaq məqsədilə keçiriləcək sülh danışıqları üçün İstanbula gəlməməsinə diqqət çəkərək, “dünyanın kimin danışıqlar masasına oturmaq istədiyini, kimin isə istəmədiyini gördüyünü” bildirib.

 

Baş nazir Meloni, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin (ASB) 6-cı Zirvə toplantısında çıxış edib.

 

Meloni, 11 mayda keçirilən ümumi seçkilərdə qazandığı qələbəyə görə Albaniyanın Baş naziri Edi Ramayı təbrik edərək deyib: “Avropa, Rama-nın qətiyyətinə və ruhuna yenidən güvənə bilər”.

 

Tirananın ilk dəfə ASB Zirvəsinə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Meloni, Avropa kimliyinin coğrafiyadan əvvəl tarix tərəfindən formalaşan bir anlayış olduğunu düşündüyünü bildirib.

 

O, həmçinin Albaniyanın Avropa İttifaqının bir hissəsi olduğunu və Qərbi Balkanların genişlənməsini dəstəklədiyini qeyd edib.

 

 

 

TRT Xəbər 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər