00:00:00
Yazar
Admin User
04.12.2025 17:31 101 2 dəq oxuma
Dünya

İtaliya Ukraynaya silah yardımında iştirakını dayandırıb

İtaliya Ukraynaya silah yardımında iştirakını dayandırıb

İtaliya Ukraynaya silah tədarükü üzrə NATO proqramında iştirakını gözlənilmədən dayandırıb və bunu mümkün atəşkəslə bağlı aparılan danışıqlarla əsaslandırıb.

 

Mövzu ilə əlaqədar “İnformator.az” a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, İtaliyanın Ukraynaya silah yardımını dayandırması ilə bağlı verdiyi qərar əslində son dövrlərdə Avropada getdikcə savaşla bağlı yorğunluğun və müəyyən izlərin çıxması ilə əlaqəli ola bilər:

 

“ABŞ-nin bu prosesdə danışıqlara üstünlük verməsi və savaşın yükünü Avropanın üzərinə yükləməsi, eyni zamanda qarşılığında Avropaya hər hansısa təhlükəsizlik təminatı verməməsi Avropa ölkələrini həm də öz vəsaitlərini özlərinin müdafiəsinə yönəltməyə məcbur edir. İtaliyanın bu mövqeyinə gəldikdə, əlbəttə ki, Ukrayna üçün gözlənilməz sayıla bilər. Avropa İttifaqı daxilində müəyyən fikir ayrılıqlarını dərinləşdirə bilər. Onsuz da Avropa İttifaqında, xüsusilə Ukrayna ilə bağlı fikir ayrılıqları ortadadır. Doğrudur, İtaliya Ukraynaya bu savaşda ən aktiv yardım edən ölkələr sırasında olmasa da, hər halda bu, Ukraynaya verilən siyasi, iqtisadi və hərbi dəstək baxımından önəmli dəstək sayıla bilər. İtaliyanın konkret olaraq yardımı dayandırması Ukrayna-Rusiya cəbhəsində böyük dəyişikliklərə gətirib çıxara bilməz. Sadəcə olaraq, bir risk daşıyan addım kimi dəyərləndirilə bilər. İtaliyadan nümunə götürüb onun ardınca belə addımlar atan ölkələr də tapıla bilər ki, bu da Ukrayna üçün müəyyən çətinliklər yarada bilər. Avropanın bir çox ölkələri Ukraynaya çox da aktiv yardım etmirlər. Amma bütün hallarda bu, siyasi və psixoloji addım kimi dəyərləndirilə bilər”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər