IV qrup üzrə ölkə birincisinin qərarı:
Qəbul imtahanında IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlərdən biri Bakı şəhər 129 saylı orta məktəbin məzunu Anar Babayev Azərbaycan Tibb Universitetinin Tibb ixtisasını seçəcək.
Bu barədə "İnformator.az" "Teleqraf"a istinadən xəbər verib ki, Anar deyib ki, bu sahəni həm öz, həm də ailəsinin istəyi ilə seçib. O, bu yolda daim planlı şəkildə irəlilədiyini bildirib:
“Məktəbə başladığım ilk gündən dərslərimə məsuliyyətlə yanaşmışam. Valideynlərim və müəllimlərim oxumağım üçün hər zaman şərait yaradıblar. Xüsusilə son iki ildə dərslərimi daha sistemli şəkildə oxumuşam. Ona görə bu nəticə mənim üçün gözlənilən idi. Ailəmdə ali məktəbə yüksək balla qəbul olanlar var. Bacım 550 balla, xalam qızı isə 678 balla ali məktəbə qəbul olub. Həmişə deyirdilər ki, sən həkim ol. Mən də həm ailəmin arzusu, həm də öz istəyimi birləşdirərək bu sahəni seçəcəm”.