00:00:00
Yazar
Admin User
12.09.2024 14:30 391 1 dəq oxuma
İdman

Jude Bellingham: Əsl ilham Sümeyyedir

Jude Bellingham: Əsl ilham Sümeyyedir

Sümeyye Boyacı 2024 Paris Paralimpiya Oyunlarından sonra Real Madridin ulduz futbolçusu Jude Bellingham ilə görüşüb. İngilis ulduz sosial media hesabındakı paylaşımında "Əsl ilham Sümeyye Boyacıdır" yazıb.

Avqustun 28-də Fransada başlayan 2024-cü il Paris Yay Paralimpiya Oyunları 2024-cü il sentyabrın 8-də başa çatıb. 22 idman sahəsində 549 qarşılaşmanın keçirildiyi və 170 Milli Paralimpiya Komitəsindən 4 min 463 idmançının qatıldığı təşkilatda Əskişəhərli Türkiyə millisinin üzgüçüsü Sümeyye Boyacı da iştirak edib.

Təşkilat bitdikdən sonra Boyacı Real Madridin dünyaca məşhur ulduzu Jude Bellingham ilə görüşüb. Boyacının şəxsi hesabında paylaşdığı həmin fotolar sosial mediada trend olub. Boyacı həmin paylaşımda “Ölkəmi bu ruhlandırıcı tədbirdə təmsil etməkdən şərəf duyuram” ifadəsini də yerləşdirib.

Bellinqhem öz hesabındakı paylaşımında fotolardan birini “Əsl ilham Sümeyye Boyacıdır” qeydi ilə yerləşdirib.

Mənbə: TRT Haber
Məhəmməd Qasımov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər