00:00:00
Yazar
Admin User
23.06.2025 17:51 127 2 dəq oxuma
Dünya

Körfəzdə gərginlik:Təhlükəsizlik artırılır

Körfəzdə gərginlik:Təhlükəsizlik artırılır

İranın cavab zərbəsi endirə biləcəyi qorxusu fonunda Körfəz ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.


Qətərdəki ABŞ səfirliyi ölkədəki vətəndaşlarını yerində qalmağa çağırıb. Bu çağırış artan təhlükəsizlik riskləri ilə əsaslandırılıb. Ötən həftə bölgədəki ən böyük ABŞ hərbi bazası – Əl-Udeyd hava bazasına giriş müvəqqəti məhdudlaşdırılıb və bəzi ABŞ təyyarələri başqa bölgələrə köçürülüb.


Qətərin Xarici İşlər Nazirliyi narahatlıqları azaltmağa çalışaraq bildirib ki, səfirliyin xəbərdarlıqları standart prosedurdur və ölkədə sabitlik qorunur, bütün ehtiyat tədbirləri görülüb.


Bəhreyndə də ABŞ-nin Beşinci Donanma bazası yaxınlığında təhlükəsizlik səviyyəsi artırılıb və bölgədən bir sıra amerikalıların təxliyə olunduğu bildirilir.


Səudiyyə Ərəbistanında da oxşar tədbirlər görülür. ABŞ səfirliyi vətəndaşlara zəruri olmadıqca hərəkətdən və hərbi zonalardan uzaq durmağı tövsiyə edib.

 

ABŞ rəsmiləri, İranla əlaqəli şiə milislərinin ciddi təhlükə yaratdığını vurğulayıblar. Reuters-in mənbələrinə görə, yaxın günlərdə İraq və ya Suriyada yerləşən ABŞ qüvvələrinə qarşı İranın dəstəklədiyi qruplar tərəfindən hücumlar ola bilər. Bununla belə, diplomatik cəhdlər də davam etdirilir.


İraqda “Kətaib Hizbullah” və “Asaib Əhl əl-Həqq” kimi İranmeyilli qrupların ABŞ və Körfəz hədəflərinə qarşı hücumlara hazırlaşdığı ehtimal olunur. Ehtimal olunan cavab hücumlarından qorunmaq üçün bu qrupların liderləri və ailə üzvləri gizlənib və əlaqələri kəsiblər.

Bağdadda, xüsusilə ABŞ səfirliyi ətrafında təhlükəsizlik gücləndirilib. ENI, BP və TotalEnergies kimi böyük enerji şirkətləri isə İraqdakı neft obyektlərindən bəzi xarici işçilərini ehtiyat tədbiri olaraq çıxarıb.


Aviasiya sektoru da artan gərginliyə reaksiya verir. “Air France” iyulun ortalarına qədər Yaxın Şərqə uçuşlarını dayandırıb, “British Airways” isə Dubay və Qətərə reyslərini müvəqqəti olaraq ləğv edib. Bu addımlar regionda artan sabitsizliklə əlaqələndirilir.


ANEWZ
Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər