Küveyt hökuməti İsveçdə 100 min Quran paylayacaq
Ölkənin rəsmi agentliyi olan KUNA-da dərc olunan xəbərə görə, Nazirlər Şurasının həftəlik iclasında isveç xalqına Qurani-Kərimin paylanması qərara alınıb. Məlumata əsasən, qərar İsveçə İslamın tolerant din olduğunu sübut etmək məqsədi daşıyır.
İnformator.az TRT-yə istinadən xəbər verir ki, Baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın göstərişinə uyğun olaraq, ölkədəki müvafiq qurum İsveç dilində 100 min Quran çap edəcək.
Küveyt Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə İsveçdə Qurani-Kərimlərin sevgi və tolerantlıq mühitində paylanacağı, İslamın dəyər və prinsipləri ilə bağlı müsbət mesajlar verəcəyi bildirilir.
Xatırladaq ki, iyunun 28-də İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Bu hadisə beynəlxalq aləmdə, xüsusən də Türkiyədə böyük reaksiya ilə qarşılanıb.
Küveyt buna cavab olaraq İsveçin Küveytdəki səfiri Liselotte Andersona etiraz notası verib.
Nəzrin
