00:00:00
Yazar
Hüseynova Mələk
26.06.2026 19:35 26 1 dəq oxuma
Hadisə

Kadir İnanır vəfat edib

Kadir İnanır vəfat edib

Türkiyə kinosunun və Yeşilçamın tanınmış aktyoru Kadir İnanır 77 yaşında vəfat edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

 

Məlumata görə, aktyor mayın 15-də səhhətində yaranan problem səbəbindən İstanbulun Beşiktaş rayonundakı xəstəxanalardan birinə yerləşdirilib. İlkin tibbi müdaxilədən sonra həkimlərin qərarı ilə o, reanimasiya şöbəsinə köçürülüb.

Aparılan müayinələr nəticəsində K. İnanıra pnevmoniya diaqnozu qoyulub. Səhhəti ağırlaşdığından aktyor süni tənəffüs aparatına qoşulub.

Həkimlərin bütün səylərinə baxmayaraq, Yeşilçamın əfsanəvi aktyorunun həyatını xilas etmək mümkün olmayıb.

#Vəfat #Türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər