00:00:00
Yazar
Admin User
03.12.2025 16:20 127 1 dəq oxuma
Siyasət

Kamran Əliyev ABŞ-də

Kamran Əliyev ABŞ-də

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdə olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin X hesabında paylaşımında bildirilib.


Səfər çərçivəsində ABŞ Baş Prokurorluğunun, Federal Təhqiqatlar Bürosunun, Ədliyyə Nazirliyinin və Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib.

 

"Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər, həmçinin əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub", – məlumatda qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər