Kamran Əliyev həmkarını Bakıya dəvət edib
Rumıniya Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa Azərbaycana səfərə dəvət olunub.
"İnformator.az" xəbər verir ki, bu təklif Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Rumıniyaya rəsmi səfəri çərçivəsində noyabrın 24-də bu ölkənin Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşündə səsləndirilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanla Rumıniya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı, prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. K.Əliyev Avropa məkanında Rumıniya ilə Azərbaycan əlaqələrinin dərin tarixi, mədəni və dostluq adət-ənənələrinə söykəndiyinin söyləyərək iki ölkə arasında münasibətlərin qarşılıqlı faydalı və səmərəli olduğunu bildirib.
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında aparılan genişmiqyaslı islatlardan söz açıb, cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın mühüm rolunu vurğulayıb.
