00:00:00
Yazar
Admin User
25.08.2025 10:09 132 1 dəq oxuma
Dünya

Kamran Əliyev Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərə səfər edib

Kamran Əliyev Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərə səfər edib

 

Baş prokuror Kamran Əliyev 21-22 avqust tarixlərində işğaldan azad edilmiş ərazilərə işgüzar səfər çərçivəsində Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında olub. 

 

Bu barədə "İnformator.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.


Baş prokuror əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində olub. Burada o, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Ulu öndəri Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq dahi liderin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərini dərin hörmətlə anıb.


Daha sonra Baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olub, prokurorluq əməkdaşlarının istifadəsində olan yenicə təmir olunmuş xidməti mənzillərə baxış keçirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər